AXCP fəalı sərbəst buraxılıb

AXCP fəalı sərbəst buraxılıb

17-08-2019 19:00 / Bu xəbər 1047 dəfə oxundu

Avqustun 17-də evdən polisə aparılmış Azərbaycan Xalq Cəbhəsi Partiyasının Hacıqabul Şöbəsinin üzvü Rəşad Dadaşov sərbəst buraxıldı. 

Bu barədə AzadlıqRadiosuna məlumat verən Dadaşovun özü bildirib ki, evdən Hacıqabul polis şöbəsinin 3 əməkdaşı tərəfindən aparılıb və şöbədə 1 saat yarıma yaxın saxlanılıb.

Fəalın sözlərinə görə, ona yaxın günlərdə keçirilməyə planlaşdırılan partiyanın iclası ilə bağlı xəbərdarlıq edilib: "Üstü-örtülü dedilər ki, iclasa imkan verilməyəcək və cəhd olsa dərhal dağıdılacaq".

Dadaşov əlavə etdi ki, hadisə ilə bağlı məhkəməyə müraciət etmək fikri yoxdur.