Bakıda avtobus aşdı
07-01-2018 02:27 / Bu xəbər 2812 dəfə oxundu
Yaralılar var, ikisi azyaşlıdır
Yanvarın 6-da Bakıda sərnişin avtobusu qəzaya uğrayıb.
Hadisə Zığ şossesində baş verib, 175 saylı avtobusun dərəyə yuvarlandığı bildirilir.
Qəza nəticəsində 14 nəfərin xəsarət aldığı deyilir. Onlardan ikisi azyaşlıdır.
APA-nın məlumatına görə, yaralılar Sabunçudakı 3 saylı Şəhər Xəstəxanasına yerləşdirilib.
Xəstəxanadan bildirilib ki, hazırda onlara müvafiq tibbi yardım göstərilir.
Hadisəyə səbəb kimi avtobusun yüksək sürətlə idarə edilməsi göstərilir.
Faktla bağlı araşdırma aparılır.