Bütşünaslığın 7 qızıl qaydası

Bütşünaslığın 7 qızıl qaydası

13-05-2018 16:33 / Bu xəbər 1345 dəfə oxundu

İsa Qəmbər

Büt düzəldənlər üçün

1.Canll insandan büt düzəltmə, onun hərəkət azadlığını məhdudlaşdırmış olarsan.

2. Ölmüş adamdan büt düzəltmə. Onun təhlil edilib və düzgün qiymətləndirilib tarixdə gerçək yerini almaq hüququnu pozmuş olarsan.

3. Ümumiyyətlə büt düzəltmə. Səndən əvvəl düzəldilmiş yüzlərlə büt bəşəriyyətə yetər də, artıq da qalar.

Büt sındıranlar üçün
 
4. Bütü sındırırkən ətraf mühitə zərər vermə.

5. Bütün yaşı 100-dən çoxdursa, tələsmə. Fikirləş, indiyə qədər sındırmayıblarsa, bəlkə o nəyəsə lazımdır.

6. Bütün yaşı 1000-dən çoxdursa, sındırma. O, artıq tarixi mədəniyyət abidəsidir.

7. Bütü sındırdınsa, keç get, yoluna davam et. Sınmış bütün ətrafında qalıb ibtidai insan kimi rəqs etməyə başlasan özün inkişafdan qalarsan.

Yazı müəllifin bloqundan götürülüb.