Dövlətin karantin rejimi dövründə sahibkarlara ayırdığı yardım yetərlidirmi? - VİDEO
04-06-2020 13:05 / Bu xəbər 1416 dəfə oxundu
Azərbaycanda mart ayından koronavirus pandemiyası ilə bağlı karantin rejimi tətbiq olunub.
Martın 23-də Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə tətbiq olunan xüsusi karantin rejimi nəticəsində bir çox ticarət mərkəzləri, ictimai iaşə obyektləri, kafe və restoranlar 2 ay bağlandı.
İyun ayının 1-dən xüsusi karantin rejimi yumşadılsa da, bəzi sahələrdə problemlər yaşanmaqdadır.
Bəs dövlətin xüsusi karantin rejimi dövründə sahibkarlara ayırdığı yardım yetərlidirmi?
3 ilir ticarətlə məşğul olan sahibkar Elgün Cəfərli deyir ki, dövlətin ayırdığı yardım qismən ona kömək edib.
İqtisadçı Natiq Cəfərli isə arqument.az-a deyib ki, dövlətin bu sahədə sistemli və planlı istisadi siyasəti yoxdur.
Daha ətrafl videosujetdən izləyə bilərsiniz.
Samirə Əliyeva