Gömrükdə saxlanc xidmətləri göstərən MMC-nin Bəylər Əyyubovla hansı əlaqələri var?

Gömrükdə saxlanc xidmətləri göstərən MMC-nin Bəylər Əyyubovla hansı əlaqələri var?

24-11-2019 14:48 / Bu xəbər 454 dəfə oxundu

İqtisadçı gömrük siyasətini tənqid edir...

"Gömrük siyasəti daxili bazarı qoruya bilməyib, qoruması da mümkün deyil". 

Əlavə dəyər vergisini feysbuk hesabında şərh edən iqtisadçı Nazim Bəydəmirli belə deyib. 

ƏDV iqtisadi artımın əsas göstəricisidir, bu vergi üzrə 2020-ci ildə daxilolmalar 4 mlrd 735 milyon manat proqnozlaşdırılıb. 

"İdxaldan 2 milyard 705 milyon manat, özümüzün yaratdığımız ƏDV isə 2 mlrd 030 milyon manat proqnozlaşdırılıb. Yəni ölkədə yaratdığımız əlavə dəyərdən tutulan vergi, xaricdən idxal olunandan 675 milyon manat və ya 25% azdır. Bu verginin son ödəyicisi istehlakçı olduğundan bütün bu vəsaitlər vətəndaşların cibindən çıxır və xarici iqtisadi tərəfdaşlara gedir”, - iqtisadçı qeyd edir.

Nazim Bəydəmirlinin sözlərinə görə, ƏDV-yə zaman kontekstində baxılsa, görünər ki, 5-6 il il öncə ilə, məsələn, 2014-cü ilin dövlət büdcəsində 2139 milyon manatla müqayisə etdikdə, 109 milyon azalır: "Demək ki, bizim iqtisadiyyatın əlavə dəyər yaratması dinamikası çox zəifdir. Ancaq gömrük xətti ilə idxaldan alınan ƏDV 2705 milyon manat proqnozlaşdırılır. Xatırladım ki, 2014-cü ildə idxaldan ƏDV 1070 manat olub. Artım 1635 milyon manat və ya 2,5 dəfə çoxdur. Bu rəqəmlər iki məqamı özündə ifadə edir: bizim istehlakımız daha çox idxaldan asılıdır, bu proses getdikcə artır. Gömrükdə ƏDV-nin artması əvvəlki illərdə nə qədər büdcədən vəsait yayındırıldığını göstərir, çünki keçən ilin əvvəlindən gömrük statistikasının Vergilər Nazirliyi tərəfindən də aparılması vəsaitlərin topdan olan həcminə aydınlıq gətirir.

"Dünyada heç bir ölkə yüksək gömrük tarifləri ilə nə daxili istehsalı qoruyub, nə də rəqabətə davamlı ixracyönümlü "marka, brend" yarada bilib"

Ümumiləşdirilmiş şəkildə desək, gömrük siyasəti daxili bazarı qoruya bilməyib, qoruması da mümkün deyil. Hələ dünyada heç bir ölkə yüksək gömrük tarifləri ilə nə daxili istehsalı qoruyub, nə də rəqabətə davamlı ixracyönümlü "marka, brend" yarada bilib".

İqtisadçı deyir ki, qapalı iqtisadiyyatlarda "yalnız tariflərlə daxili istehsalı qorumaq" ölkəni ancaq xammal ölkəsinə çevirməyə yararlıdır, qiymətlərin bahalaşmasından başqa bir işə yaramır. Bu işlər iqtisadi fəallığı artırmaqla, təşviqlə, real sahibkarlığın inkişafını şərtləndirən onlarla faktorun da olmadığı halda indiki vəziyyət yaranır.

Gömrükdə saxlanc xidmətləri göstərən MMC kimindir?

Araşdırmaçı jurnalist Xədicə İsmayıl  isə gömrükdə, demək olar ki, məcburi şəkildə saxlanc xidmətləri göstərən və vergi öhdəliklərini yerinə yetirib-yetirmədiyi şübhə doğuran şirkətlə bağlı məlumat yayıb: "Adı da "Ramal Trans" MMC-dir. VÖEN nömrəsi: 1300346331. Bu şirkət AZ1095, Bakı şəhəri Səbail Rayonu, Vəli Məmmədov, ev 24 ünvanında qeydiyyatdan keçib. Eyni ünvanda "TELEQÜLLƏ" MMC qeydiyyatdan keçib. 

Kommersiya qurumunun adı: "TELEQÜLLƏ" Məhdud Məsuliyyətli Cəmiyyət. Qeydiyyat nömrəsi (VÖEN): 1701013621. Hüquqi ünvanı: AZ1095, Bakı şəhəri Səbail Rayonu, Vəli Məmmədov, ev 24.

Təsisçilər (kommanditçilər): "Azər  Express Company" Məhdud Məsuliyyətli Cəmiyyəti, Şahverdiyev Seminar İsrafil oğlu. Dövlət qeydiyyatına alındığı tarix: 8 İyul 2009.

"Teleqüllə MMC" 2009-cu ilin iyulunda qeydiyyatdan keçib və sahibi  "Azər Express Company" Məhdud Məsuliyyətli Cəmiyyət, Şahverdiyev Seminar İsrafil oğlu kimi göstərilib.
 
Mətbuatın yazdığına görə, Bəylər Əyyubovun Mayıl Seminar oğlu Şahverdiyev adlı bacısı oğlu var və onun haqqında Azərbaycan prezidenti iki sərəncam imzalayıb. Səfərbərlik xidmətinə rəis təyin olunması və general-mayor rütbəsinin verilməsi haqda. Bunlar yalnız açıq mənbələrdən olan məlumatlardır".

Toplum.Tv