Gözəl Bayramlının həbs müddəti yenə uzadıldı

Gözəl Bayramlının həbs müddəti yenə uzadıldı

06-10-2017 18:52 / Bu xəbər 1391 dəfə oxundu

Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Gözəl Bayramlının həbs müddəti yenidən uzadılıb.

Vəkil Zibeydə Sadıqovanın verdiyi məlumata görə, Nəsimi rayon Məhkəməsi həbs müddətinin dekabrın 25-nə qədər uzadılması haqda qərar çıxarıb.

G.Bayramlı mayın 25-də Gürcüstandan qayıdarkən həbs olunub. 

O, 12 min dolların qaçaqmalçılığında ittiham edilib. Məhkəmə onun barəsində həbs-qətimkan tədbiri seçib.

G.Bayramlı ittihamları qəbul etməyərək onları siyasi motivli adlandırıb. Hüquq müdafiəçiləri onu siyasi məhbus kimi tanıyır.///azadliq.org