Hadı Rəcəblinin yeni biznes şəbəkəsi - Sənədlər
18-02-2020 17:13 / Bu xəbər 1270 dəfə oxundu
Hadı Rəcəblinin yeni biznes şəbəkəsi üzə çıxıb.
Bu barədə araşdırmaçı Cavanşir Həsənli məlumat yayıb.
Həmin şirkətlərin siyahısını təqdim edirik:
1. MƏKAN KİÇİK MÜƏSSİSƏSİ - Təsisçisi Hadı Rəcəblinin həyat yoldaşı Mehriban Heybət qızı Rəcəblidir.
2. "MOSKOMMERS” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ - Təsisçisi Hadı Rəcəblinin oğlu Tural Rəcəblidir.
3. "KAVERSON" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ - Təsisçisi Hadı Rəcəblinin oğlu Tural Rəcəblidir.
4. "APTUST" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ - Təsisçisi Hadı Rəcəblinin bacısı Rübayəl Rəcəbova Musa qızıdır.
5. "ŞERİF-R" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ - Təsisçisi Hadı Rəcəblinin Lənkəran rayon Maliyyə İdarəsinin rəisi işləyən qardaşı İqbal Rəcəbovun oğlu Rüstəm Rəcəblidir.
6. "VERAVUL” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ - Təsisçisi Hadı Rəcəblinin qardaşı Xəzail Rəcəbovun oğlu Şadil Rəcəbovdur.
Hadı Rəcəbli 5 çağırış Milli Məclisin deputatı, uzun illər Sosial siyasət komitəsinin sədri olub.
Üç il əvvəl "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.