Hakimiyyət daha bir jurnalisti ölkəyə gətirmək istəyir

Hakimiyyət daha bir jurnalisti ölkəyə gətirmək istəyir

07-11-2017 18:17 / Bu xəbər 2019 dəfə oxundu

Yafəz Əkrəmoğlu ilə bağlı Almaniya hökumətinə sorğu göndərilib

"Әliyev rejimi mәni bir neçә maddә ilә yeni cinayәt işinә cәlb edib. Azərbaycan Respublikası Baş Prokurorluğu bu cinayәt işi üzrә yaşadığım Almaniya hökumәtinә mәnim haqqımda rәsmi sorğu göndәrib. Mәqsәdlәri konvensiyadan yararlanıb mәni geri almaqdır. Ancaq unudurlar ki, Avropa Gürcüstan deyil. Xatırladım ki, artıq 3 ildir Azәrbaycanda yaşamıram".

Bunu Almaniyada mühacirətdə olan jurnalist Yafəz Əkrəmoğlu feysbukda yazıb.

"Əfqan Muxtarlını bu araşdırmaya görə həbs elədilər" 

O, ittiahamları əsassız və siyasi sifarişli hesab edib: "Әvvәlcәdәn bildirim ki, bu ittihamlar qondarmadır. Avropada Әliyevlәrә qarşı apardığım ardıcıl tәbliğat vә burada da rejimi әlimdәn gәldiyi qәdәr ifşa etmәyim hakimiyyәtdә qıcıq yaradıb. Görünür, bu sәbәbdәn onlar mәndәn qisas almağa çalışırlar. Digәr sәbәb hakimiyyәtdәki korrupsiya vә digәr qanunsuzluqlarla bağlı indiyә kimi yazdığım çoxsaylı jurnalist araşdırmaları, mәqalә vә reportajlardır. Belә araşdırmalardan birini hazırda hәbsdә olan dostum, jurnalist Әfqan Muxtarlı ilә müştәrәk yazmışıq. Hәmin araşdırmada biz Әliyev ailәsinin xalqdan oğurladıqları pullarla Gürcüstanda qurduqları biznesi ifşa etmişik. Әfqan Muxtarlının hәbsinin sәbәbi mәhz bu araşdırmadır".

"Avropdakı fəaliyyətim hakimiyyəti qıcıqlandırıb" 

"Tanıyanlar bilir ki, Azәrbaycanda uzun müddәt tәnqidi jurnalistika ilә mәşğul olmuşam vә Әliyev rejimini tam çılpaqlığı ilә ifşa etmәk üçün әlimdәn gәldiyi qәdәr ardıcıl vә qәtiyyәtli olmağa çalışmışam. Bu fәaliyyәtim hakimiyyәti hәr zaman qıcıqlandırıb. Bunu da nәzәrә alsaq, mәnzәrә aydınlaşmış olar. 

Almaniyaya sorğu "Cinayәt işlәri üzrә qarşılıqlı hüquqi yardım" Konvensiyası әsasında göndәrilib. Bu konvensiyanın bәndlәrindә geri tәlәb etmәk, interpol axtarışı da nәzәrdә tutulur. Әlbәttә ki, Almaniya mәni Azәrbaycana geri verәn deyil. Hakimiyyәt mәni ancaq İnterpol vasitәsi ilә tәqib edә bilәr. Hesab edirәm ki, sadәcә, beynәlxalq müqavilәnin şәrtlәrinә әmәl etmәk mәsәdi ilә Almaniya bu sorğunu qәbul edib. Ola bilsin ki, konvensiyanın şәrtlәrinә әsasәn Azәrbaycan tәrәfinin göndәrdiyi bәzi suallara cavab vermәli olaram (әgәr belә suallar göndәrilibsә). Әslindә, dindirilmәk üçün iki ay yarım öncә alman polisinә çağırılmışdım. Vәkil işә qarışdıqdan vә siyasi olduğum aydınlaşandan sonra bu çağırış tәxirә salındı. Vәkil izahat vermәdәn öncә ittiham aktı ilә tanış olmaq tәlәbi qoymuşdu. Nәhayәt dünәn aktla qismәn dә olsa tanış ola bildim.

Hәlәlik AR Baş Prokurorluğunun mәnә qarşı ittiham maddәlәri ilә bağlı mәlumatlıyam. Maddәlәr bunlardır: 318(qanunsuz sәrhәd keçmәk), 308(vәzifә sәlahiyyәtlәrindәn sui istifadә), 313(vәzifә saxtakarlığı), 320 (rәsmi sәnәdlәrin saxtalaşdırılması).

Vә әn maraqlısı odur ki, ittiham aktındakı maddәlәrdәn biri dә hәr zaman әleyhinә olduğum "Qanunsuz miqrasiyanın tәşkili" maddәsidir. Aktla tam tanış olmamışam deyә, hәlәlik bilmirәm ki sırf bu maddәylә mәnә qarşı ittiham var, ya yox. Ancaq mәni tanıyanlar bilir ki, Avropaya gәlәndәn bәri bu çirkli biznesәlә әn azı Әliyev rejiminә qarşı apardığım qәdәr mübarizә aparıram. Buna görә hәtta Avropada yaşayan bәzi "müxalifәtçilәr" dә mәni özlәrinә düşmәn elan edib. Çünki bu işlәrdә, tәәssüf ki, zaman-zaman onların da әli olur", - jurnalist qeyd edib. 

"Hakimiyyət mühacir alverçiləri vasitəsilə öz adamlarını Avropada yerləşdirir"

Jurnalist bildirib ki, hakimiyyət mühacir alverindən yararlanaraq öz adamlarını Avropada yerləşdirə bilir: "Müxalifәtin Azәrbaycan cәmiyyәti, elәcә dә Avropa qurumları qarşısında lәkәlәnmәsi, hörmәtdәn salınması baxımından bәzi "müxalifәtçi"lәrin miqrant işi ilә mәşğul olması әslindә hakimiyyәtә sәrf dә edir. Çünki bu iş kәnardan, hәqiqәtәn, dә çox çirkli görünür. Bundan әlavә bu cür "müxalifәtçilәr" bu biznesdәn pul qazanmaqla yanaşı bәzәn bilәrәkdәn, bәzәn bilmәyәrәkdәn hakimiyyәtә öz adamlarını Avropaya yerlәşdirmәyә dә yardım edirlәr. Mәnim bu çirkaba qarşı apardığım mübarizә dә hakimiyyәti qıcıqlandırır, әlbәttә. Ona görә dә mәni öz silahımla vurmağa çalışırlar. Miqrant biznesi söhbәti çox ağrılı mövzudur vә nә zamansa geniş müzakirәyә ehtiyacı var. Mәn öz müsahibәlәrimdә zaman-zaman bu problemi qabartmışam. Qaldı ki hökumәtin mәnә qarşı Almaniyaya göndәrdiyi sorğuya, onlar bununla göstәrmәyә çalışır ki, fәalları susdurmaq üçün guya әllәri Avropaya da çatır. Әminliklә deyә bilәrәm ki, bunu bacarmazlar. Sadәcә, ürәk bulandırırlar".

"Azәrbaycan hakimiyyәti 20 ildәn artıqdır bu cür, bundan da sәrt üsullarla mәni әdalәt uğrunda apardığım mübarizәdәn çәkindirmәyә çalışıb vә nail ola bilmәyib. Әlbәttә ki, bundan sonra da nail ola bilmәyәcәklәr", - Y. Əkrəmoğlu bildirib.

Arqument.Az