İlham Əliyev Özbəkistan nümayəndə heyətini qəbul etdi

İlham Əliyev Özbəkistan nümayəndə heyətini qəbul etdi

11-07-2017 12:44 / Bu xəbər 942 dəfə oxundu

Prezident İlham Əliyev Azərbaycana səfərə gələn Özbəkistan nümayəndə heyətini qəbul edib. Xəbəri "Prezident.az” saytı yayıb.

Nümayəndə heyətinə Özbəkistan Nazirlər Kabineti yanında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Artukbek Yusupov və Özbəkistan Müsəlmanları İdarəsinin sədri, müfti Usmonxon Alimov daxildir.

Dövlət başçısı Azərbaycanla Özbəkistan arasında ikitərəfli münasibətlərin perspektivlərindən, iki ölkənin siyasi, iqtisadi və digər sahələrdə əməkdaşlığını daha da genişləndirilməsində maraqlı olduğunu bildirib.

İlham Əliyev dini qurumlar sahəsində təcrübə mübadiləsi və əməkdaşlıqdan da danışıb.///azadliq.org