Müsavat funksionerləri polisə çağırılıb

Müsavat funksionerləri polisə çağırılıb

08-11-2019 15:28 / Bu xəbər 434 dəfə oxundu

Müsavat Partiyasının İcra aparatının rəhbəri Gülağa Aslanlı, partiya sədrinin müavini Səxavət Soltanlı, başqanın müşavirləri Cahangir Əmirxanlı, Azər İsmayıl və digər partiya funksionerləri polisə çağırılıb.
 
Bu barədə Müsavat başqanı Arif Hacılı danışıb.

O bildirib ki, hələlik rəsmi şəkildə açıqlanmasa da, polisin bu addımı noyabrın 12-nə təyin olunmuş piketlə bağlı atdığı ehtimal edilir.

Müsavat Partiyası noyabrın 12-də Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) qarşısına piket təyin edib və bununla bağlı quruma müraciət edib. BŞİH piketə razılıq verməyib.

Bundan sonra Müsavat partiyası noyabr ayın 12-də BŞİH-nın qarşısında razılaşdırılmamış aksiya keçirəcəklərini elan edib.