Qadınların Rifah İndeksi: Səudiyyə Ərəbistanından geridə, İrandan irəlidə...

Qadınların Rifah İndeksi: Səudiyyə Ərəbistanından geridə, İrandan irəlidə...

27-11-2017 19:03 / Bu xəbər 1838 dəfə oxundu

Corctaun Qadın Sülh və Təhlükəsizlik İnstitutu və Oslo Sülh Araşdırmaları İnstitututu qadınların rifah indeksini hesablayıb.

Toplum.Tv xəbər verir ki, indeks 153 ölkə üzrə inklüzivlik, ədalət və təhlükəsizlik kimi faktorları qiymətləndirməklə hazırlanıb. Sıralamada ilk 3 yeri İslandiya, Norveç  və İsveçrə tutur.

 "Liderlər” 

Kanada 7-cidir. Onluqda yer almayan inkişaf etmiş ölkələr sırasında Almaniya 12-ci, Fransa 21-ci, ABŞ 22-ci, Yaponiya 29-cu sıradadır.

Avstarliya qitəsinin lideri Avstraliya 17-cidir. Afrika qitəsinin inkişaf etmiş tək ölkəsi Cənubi Afrika Respublikası  52-ci pillədə qərarlaşıb. Asiya qitəsinin lideri isə 10-cu sırada qərarlaşan Sinqapurdur.

Lesoto və Mərakeş ilə eyni sırada...

Azərbaycan sıralamada 113-cüdür.

İnklüzivlik reytinqinə görə Azərbaycanda qadınların orta təhsil müddəti  11 ildir. Maliyyə azadlığının səviyyəsi qadınlar arasında 26 faiz olsa da, işlə təmin olunma faizi 67-dir. 

Azərbaycan qadınlarının 79 faizi telefondan istifadə edir və qadınların  parlamentdə təmsilçilik faizi 17-dir.

Qadınlara qarşı leqal ayrı-seçkilik faizi 20, ayrı-seçkilik normalarının tətbiqi  31 faizdir. 

Reytinqə görə, 14 faiz qadın həyatı boyunca ən azı bir dəfə partnyoru tərəfindən şiddətə məruz qalır.

70 faiz qadın yaşadıqları cəmiyyətin həyatına  təhlükə törətdiyinə əmindir. 

Qonşudan geri qalırıqmı?

Azərbaycan öz qonşuları arasında yalnız İrandan irəlidə qərarlaşıb, İran 116-cıdır.

Qazaxıstan 45-ci, Gürcüstan 53-cü, Rusiya 55-cidir. Özbəkistan 56-cı, Türkmənistan 80-ci yerdə qərarlaşıb. 

Ermənistan yüzlüyün son pilləsində, Ukrayna 103-cü, Türkiyə 105-ci pillədədir.

Sıralamada son 3 yeri isə Yəmən, Əfqanıstan və Suriya tutur.