"Qarabağ" PAOK-u məğlub etdi - Qrupda ilk qələbə

20-10-2016 23:44 / Bu xəbər 220 dəfə oxundu

Çempionlar Liqasının ardınca Avropa Liqasının qrup mərhələsində III turun oyunları keçrilir. Qaynarinfo.Az xəbər verir ki, turnirdəki iki təmsilçimizdən biri olan "Qarabağ" evdə meydana çıxıb.

Azərbaycan çempionu Yunanıstanın PAOK klubu ilə qarşılaşıb. İlk yarısı qolsuz bərabərliklə başa çatan matçda hesab 56-cı dəqiqədə açılıb. Maksim Medvedevin ötürməsini qola çevirən Dani Kintana komandasını hesabda önə keçirib. 87-ci dəqiqədə isə Rahid Əmirquliyev fərqlənib. O, Muarem Muaremin ötürməsini qolla tamamlayıb. "Qarabağ" 2:0 hesablı qələbə qazanıb.

Bununla da "Qarabağ" xal hesabını 4-ə çatdırıb. Qrupda ilk qələbəsini qazanan ağdamlılar son pillədən qurtulub.

Qeyd edək ki, PAOK Azərbaycan futbolu üçün tanış klubdu. Belə ki, ötən mövsüm digər təmsilçimiz "Qəbələ” ilə eyni qrupda mübarizə aparmış salonikililər o vaxt Bakıda və Yunanıstanda baş tutan oyunlarda 0:0 hesablı nəticəyə imza atmışdılar.
 
Avropa Liqası
Qrup mərhələsi
J qrupu, III tur

20 oktyabr
Qarabağ (Azərbaycan) - PAOK (Yunanıstan) 2:0
Qol: Dani Kintana, 56 (ötürmə - Maksim Medvedev)Rahid Əmirquliyev, 87 (ötürmə - Muarem Muarem).
Qarabağ: 13. İbrahim Şehiç, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 6. Dino Ndlovu (11. Mahir Mədətov, 76), 10. Muarem Muarem (71. Vüqar Nadirov, 90+2), 14. Rəşad Sadıqov (k), 15. Rahid Əmirquliyev, 20. Riçard Almeyda, 25. Ansi Aqolli, 55. Bədavi Hüseynov, 99. Dani Kintana (17. Namiq Ələskərov, 90).
Ehtiyat oyunçular: 12. Şahruddin Məhəmmədəliyev, 18. İlqar Qurbanov, 21. Arif Daşdəmirov, 91. Coşqun Diniyev.
Baş məşqçi: Qurban Qurbanov.
PAOK: 71. Panagiotis Qlikos (k), 3. Leo Matos, 4. Marin Leovac, 7. Mame Baba Tiam (14. Fakunda Pereyra, 66), 10. Calma Kampos (20. Etimis Kuluris, 76), 15. Xose Angel Krespo, 16. Qyoko Cimirot, 24. Qarri Rodriges, 28. Yevgen Şaxov, 43. Fernando Varela, 87. Xose Kanyas (21. Dieqo Bisesvar, 59).
Ehtiyat oyunçular: 23. Zeliko Brkiç, 8. Çaris Çarisis, 13. Stelios Malezas, 70. Stelios Kitsiou.
Baş məşqçi: Vladimir İviç.
Hakimlər: Alon Yefet, Danni Krasikov, Nissan Davidi, Kiril Balikin (İsrail).
Sarı vərəqələr: Dino Ndlovu, 56. Rahid Əmirquliyev, 80.
Əlavə köməkçi hakimlər: Rua Reinşreyber, Ziv Adler (İsrail).
Hakim-inspektor: İqor İşenko (Ukrayna).
UEFA nümayəndəsi: Rudolf Mannaerts (Belçika).
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.

1

Fiorentina

2

1

1

0

5-1

4

2

PAOK

3

1

1

1

2-3

4

3

Qarabağ

3

1

1

1

5-7

4

4

Slovan

2

0

1

1

3-4

1



Bölmələr:


loading...