"Qəbələ" Cavid Hüseynovu sifariş etdi

03-09-2015 12:30 / Bu xəbər 2232 dəfə oxundu

"Qəbələ"nin Avropa Liqasının qrup mərhələsi üçün sifariş ərizəsi açıqlanıb. Fanat.az xəbər verir ki, siyahıda 22 futbolçu yer alıb. 

Onlardan 3-ü qapıçı, 7-si müdafiəçi, 8-i yarımmüdafiəçi və 4-ü hücumçudu. "Qəbələ" hazırda həbsdə olan Cavid Hüseynovu da sifariş edib. 

Qeyd edək ki, "Qəbələ" Avropa Liqasında PAOK (Yunanıstan), "Krasnodar (Rusiya) və "Borussiya" (Dortmund, Almaniya) komandaları ilə eyni qrupda yer alıb. İlk rəqib PAOK olacaq. Oyun sentyabrın 17-də Bakıdakı "Bakcell Arena"da təşkil olunacaq. 

Qapıçılar: 1. Andrey Popoviç, 22. Dmitri Bezotosnı, 33. David Petrjkeviç.

Müdafiəçilər: 3. Voyislav Stankoviç, 8. Məhəmməd Mirzəbəyov, 15. Vitali Vernidub, 20. Rikardinyo, 21. Arif Daşdəmirov, 34. Ürfan Abbasov, 44. Rafael Santos.

Yarımmüdafiəçilər: 5. George Floresku, 6. Rəşad Sadiqov, 7. Ermin Zets, 14. Cavid Hüseynov, 19. Aleksey Qay, 66. Samir Zərgərov, 70. Vaqif Cavadov, 88. Derlis David Meza Kolli.

Hücumçular: 9. Sergey Zenyov, 10. Dodo, 32. Fakundo Pereyra, 69. Aleksey Antonov.

Baş məşqçi: Roman Qriqorçuk.