Qəzada adam öldürən Gömrük rəisinə töhmət, təxribatla üzləşdiyini deyən Tofiq Yaqubluya isə həbs - FOTOFAKT

Qəzada adam öldürən Gömrük rəisinə töhmət, təxribatla üzləşdiyini deyən Tofiq Yaqubluya isə həbs - FOTOFAKT

31-03-2020 16:27 / Bu xəbər 2663 dəfə oxundu

Gömrük Komitəsinin sədri Səfər Mehdiyev yol qəzasında bir nəfərin ölümünə səbəb olmuş xalası oğlu, Dövlət Gömrük Komitəsinin "Sınıq Körpü” postunun rəisi Vüsal Nuriyevə töhmət verib.

Bu barədə tia.az saytı məlumat yayıb.

Sayt xəbər verir ki, Vüsal Nuriyev bir müddət öncə sərxoş vəziyyətdə idarə etdiyi xidməti maşınla bir adamı vuraraq öldürüb. 

Yayılmış məlumatda deyilirdi ki, Gömrük rəsmisinin idarə etdiyi avtomobil də zədələnib və avtomobil Saray yolunda yerləşən "Cərimə meydançası”nda saxlanır.

Məsələ mdiada işıqlandırıldıqdan sonra Səfər Mehdiyev Vüsal Nuriyevə təöhmət verib. Sayt həmin sənədin - raportun surətini də yayıb. 

"Halbuki bu cür ağır əməl törətmiş şəxsə qanunla daha daha ağır –adekvat cəza verilməli idi", - məlumatda deyilir.

Xatırladaq ki, martın 22-də günorta saat 15-də paytaxtın Nizami rayon ərazisində Tofiq Yaqublu idarə etdiyi "Toyota Corolla” markalı avtomobil Elxan Cəbrayılovun idarə etdiyi "VAZ-2107” markalı avtomobillə toqquşmuşdu. 

Bundan sonra Tofiq Yaqublu açıqlama yayaraq təxribatla üzləşdiyini, ona hücum edildiyini dedi. O həmçinin Daxili İşlər Nazirliyinin "102" xidmətinə də zəng edərək, məlumat verdiyini açıqladı. 

Martın 23-də Tofiq Yaqubluya qarşı Cinayət Məcəlləsinin  221.3.(silah qismində istifadə olunan əşyalar  tətbiq etməklə xuliqanlıq etmə) maddəsi ilə cinayət işi başlanıldı və barəsində 3 ay həbsqətimkan tədbiri seçildi. 

Yerli və beynəlxalq hüquq müdafiə təşkilatları isə Tofiq Yaqublunun həbsinin siyasi sifariş olduğunu bəyan ediblər. 

Martın 25-də isə Bakı şəhər Baş Polis İdarəsi və şəhər Prokurorluğunun birgə yaydığı məlumatda deyilirdi ki, Tofiq Yaqublu "VAZ-21074”  markalı avtomobilin sürücüsü Elxan Cəbrayılovla mübahisə edib, onu nalayiq ifadələrlə təhqir edib, yumruqla onun baş nahiyəsinə və silah qismində istifadə etdiyi vintaçanla sağ çiyin nahiyəsindən bir neçə zərbə vurub.  

Rəsmi məlumatda müxalifətçinin E.Cəbrayılovun həyat yoldaşı Cəvahir Cəbrayılovanı əli ilə itələyib ona da xəsarət yetirməsinə dair əsaslı şübhələr müyyən edildiyi bildirilirib. 
 
"Toyota Corolla” markalı avtomobilin sol qapıları və qabaq qanadı üzərində "VAZ-21074”  markalı avtomobilin isə sağ qabaq qanadı üzərində zədələrin olduğu da qeyd edilirdi.