Rauf Mirqədirov İsveçrədə siyasi mühacir statusu aldı

Rauf Mirqədirov İsveçrədə siyasi mühacir statusu aldı

09-03-2017 19:23 / Bu xəbər 1415 dəfə oxundu

"Zerkalo" qəzetinin icmalçısı və siyasi analitik Rauf Mirqədirov İsveçrədə siyasi mühacir statusu alıb.

Bu barədə R. Mirqədirov özü bildirib.

Jurnalist Azərbaycanda Ermənistanın xeyrinə casusluq ittihamı ilə həbs olunmuşdu.

O, 2014-cü il aprelin 19-da Türkiyədə saxlanılaraq Azərbaycana deportasiya olunmuşdu. Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham olunan jurnalist 2015-ci ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 6 il azadlıqdan məhrum edilmişdi.

Rauf Mirqədirov özü ittihamı rədd edir və həbsinin siyasi baxışları, jurnalist fəaliyyəti ilə bağlı olduğunu bildirirdi.

Ötən il martın 17-də Bakı Apellyasiya Məhkəməsi jurnalist Rauf Mirqədirovun 6 il həbs cəzasını 5 il şərti cəza ilə əvəz etmişdi. Bununla da o, azadlığa çıxmışdı. Daha sonra jurnalist ölkəni tərk etmişdi. 
 
mənbə: azadliq.org