Teymur Rəcəbov qalib gəldi

Teymur Rəcəbov qalib gəldi

02-10-2019 17:41 / Bu xəbər 1185 dəfə oxundu

Azərbaycanlı qrossmeyster Teymur Rəcəbov Dünya Kubokunun finalında 3-cü görüşünü keçirib. 

"Qafqazinfo” xəbər verir ki, şahmatçımız çinli Dinq Lirenlə üz-üzə gəlib.

Rəcəbov bu görüşdən qalib ayrılıb.

Tərəflər arasında ilk görüşdə heç-heçə qeydə alınmışdı. 

İkinci görüş Dinq Lirenin üstünlüyü ilə başa çatmışdı.

Hazırda ümumi hesab bərabərdir.