"Tofiq Bəhramov"un rəhbər şəxslərindən biri işdən çıxarıldı

26-08-2015 15:18 / Bu xəbər 1824 dəfə oxundu

Tofiq Bəhramov adına Respublika stadionunun əməkdaşlarından bir nəfər işdən çıxarılıb.

Qaynar.info-nun əldə etdiyi məlumata görə, Hacı Səməd kimi tanınan şəxs artıq ərizə yazmağa məcbur edilib. 

O, stadionun direktoru Akif İsmayılovdan sonra rəhbər şəxslərdən biri sayılırdı. Belə ki, "Qarabağ"ın aşağı yaş qruplarının məşq etdiyi mini meydançalara nəzarəti Hacı Səməd edirdi. Onun hansı səbəbdən işdən çıxarıldığı bəlli deyil.