Vəkillər NİDA fəalına bəraət verilməsini istəyirlər

Vəkillər NİDA fəalına bəraət verilməsini istəyirlər

12-01-2017 02:15 / Bu xəbər 206 dəfə oxundu

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qanunsuz narkotik dövriyyəsində ittiham olunan NİDA hərəkatının fəalı Elgiz Qəhrəmanın işi üzrə prosesdə vəkillər Fariz Namazlı və Nemət Kərimlinin yekun çıxışları olub.

Onlar prokurorun 6 il həbs edilməsini təklif etdiyi fəala bəraət verilməsini xahiş ediblər.

Vəkil Fariz Namazlının verdiyi məlumata görə, məhkəmə Qəhrəmanın təqsirini sübuta yetirə bilməyib, etirafedici ifadlər isə işgəncə yolu ilə alınıb.

Namazlı qanunsuz narkotik dövriyyəsində şübhəli bilinən şəxsin geyiminə əlavə baxışın Ali Məhkəmənin Plenumun qərarı ilə yalnız onun bu statusunun tanınmasından sonra aparıldığına diqqət çəkib. Qəhrəmanın üzərində isə şübhəli şəxs kimi tanımadan öncə axtarış aparılıb.

Bundan başqa, istintaq Qəhrəmanı Fətullah Gülənlə əlaqələri haqqında dindirib, amma ona qarşı bu məsələ ilə bağlı ittiham irəli sürülməyib.

"Biz Qəhrəmanın Gülənlə əlaqələr haqqında dindirilməsinin səbəbi haqqında suala cavab ala bilmədik”, deyə vəkil qeyd edib.

Fəal özü deyib ki, çıxışa hazır deyil, çünki bu gün istintaq təcridxanasında onun yazılı qeydlərini əlindən alıblar. Məhkəmə onun çıxışını yanvarın 16-na təyin edib.

Qəhrəmanın həmfikirlərinin fikrincə, onun həbsinin əsl səbəbi facebook-da İlham Əliyevin oğlunun şah İsmayılla müqayisəsinə istehza etdiyi yazısı səbəb olub.
 
amerikaninsesi.org

Bölmələr:


loading...