Yeni araşdırma mərkəzi təsis edildi

Yeni araşdırma mərkəzi təsis edildi

31-05-2019 17:11 / Bu xəbər 294 dəfə oxundu

Cümhuriyyət Araşdırma Mərkəzi (CAM) təsis edilib.  

Bu barədə məlumatı təsisçilərdən Natiq Cəfərli öz "Facebook” hesabında paylaşıb.

Mərkəz respublikaçı ideyalarını sosial, mədəni və tarixi cəhətdən araşdırmaq niyyətindədir. 

"Cümhuriyyət Araşdırma Mərkəzi (CAM) – respublikaçı ideyaların məzmununu, təsirini, respublika idarəçilik formasının təşkilini, çeşidlərini, onun başqa idarəçilik formalarından fərqini, respublikaçılığın siyasi, hüquqi, iqtisadi, sosial, mədəni və tarixi çəhətlərini araşdıran düşüncə mərkəzidir. CAM müstəqil bir qurumdur və əsas məqsədi yeni qanunvericilik təşəbbüsləri, mövcud problemlərlə bağlı mövqe sənədləri ilə çıxış etmək,  qüvvədə olan qanunların hüquqi, sosial, iqtisadi ekspertizasını həyata keçirməkdir. CAM ölkədə fəaliyyət göstərən bütün siyasi, ictimai qurumlarla əməkdaşlığa açıqdır", - deyə paylaşımda qeyd olunub.
 
Natiq Cəfərli və Vəfa Rüstəmin təsis etdiyi mərkəzin İdarə Heyətində onlarla birgə Erkin Qədirli, Rəhman Bədəlov, Şəhla Hümbətova, Cavad Cavadov və Rəşad Şirinov təmsil olunur. 

İdarə Heyəti 2 illik təyin edilir. 
 
CAM-ın direktoru iqtisadçı ekspert, ReAl Hərəkatının icraçı katibi Natiq Cəfərlidir.