Avropa İttifaqının 2020-ci il büdcəsi açıqlanıb

Avropa İttifaqının 2020-ci il büdcəsi açıqlanıb

19-11-2019 15:26 / Bu xəbər 712 dəfə oxundu

Avropa İttifaqı Şurası(Aİ) və Avropa Parlamenti (AP) 2020-ci il büdcəsini razılaşdırdıqlarını açıqlayıblar.

Bu barədə "Report” xarici mətbuata istinadən xəbər verir.

Məlumata görə, gələn il Aİ-da büdcə gəlirlərinin 168,7 milyard avro, büdcə xərclərinin isə 153,2 milyard avro təşkil edəcəyini gözlənilir. Beləliklə büdcədə 15,5 milyard avro müsbət saldo yaranacaq. 

Büdcədən məşğulluq və uyğunlaşma proqramları üçün 83,9 mlrd avro, kənd təsərrüfatı və təbii sərvətlər üçün 58,6 milyard avro, "Erasmus” təhsil proqramı üçün 2,9 milyard avro, təhlükəsizlik üçün 3,7 milyard avro ayrılacaq.

Aİ-nın büdcəsinə mərkəzi Lüksemburqda yerləşən Avropa Auditorlar Məhkəməsi nəzarət edir.