AXCP-nin iki gənc fəalı inzibati həbs edilib

AXCP-nin iki gənc fəalı inzibati həbs edilib

21-08-2019 17:05 / Bu xəbər 882 dəfə oxundu

Gənclərə verilən ittiham məlum deyil

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) iki gənc fəalı, Səhlədar İsgəndərli və Vilayət Məmmədov avqustun 20-də inzibati qaydada həbs edilib.

Məlumatı partiyanın Gənclər Komitəsinin sədri Emil Səlim yayıb.

Onun sözlərinə görə, Vilayət Məmmədov elə həmin gün 30 gün inzibati həbsə məhkum edilib. Amma Vilayət Məmmədovun konkret olaraq nədə ittiham olunduğunu bilmirlər. Güman olunur ki, onun həbsi Facebook-dakı yazıları ilə bağlıdır. Çünki saxlanıldıqdan sonra fəalın bir sıra nəşrləri silinib.

Səhlədar İsgəndərliyə gəlincə, o, 60 günlük həbs edilib. Onun da nədə ittiham olunduğu aydın deyil.

Emil Səlim deyir ki, Səhlədar İsgəndərlinin həbsi avqustun 19-da Bakının mərkəzində təkbaşına keçirdiyi etiraz aksiyası ilə bağlıdır. Hər iki fəalın həbsindən şikayət veriləcək.

DİN-dən fəalların həbsi ilə bağlı şərh almaq mümkün olmayıb.

Meydan.tv