Məhkəmə Bəxtiyar Hacıyevin müraciəti ilə bağlı qərar verdi

Məhkəmə Bəxtiyar Hacıyevin müraciəti ilə bağlı qərar verdi

21-02-2020 16:19 / Bu xəbər 1040 dəfə oxundu

Qərara əsasən, Bəxtiyar Hacıyevin müraciəti təmin edilməyib

Fevralın 21-də Bakı Apelyasiya Məhkəməsində 29 saylı Səbail seçki Dairəsindən deputatlığa namizəd Bəxtiyar Hacıyevin seçkinin nəticələrinin ləğv edilməsi ilə bağlı müraciətinə baxılıb.

Bu barədə sosial şəbəkədə Bəxtiyar Hacıyev məlumat yayıb.

O bildirib ki, keçirilən prosesdə qərar elan edilib və qərara əsasən, Bəxtiyar Hacıyevin müraciəti təmin edilməyib. Belə ki, məhkəmə Mərkəzi Seçki Komissiyasının (MSK) çıxardığı qərarı qüvvədə saxlayıb. 

MSK bir müddət əvvəl Bəxtiyar Hacıyevin şikayətinə baxıb. Şikayət əsasında 6 məntəqənin nəticəsi ləğv edilib. 

Qərarla razı olmayan Bəxtiyar Hacıyev məhkəməyə müraciət edib.

29 saylı Səbail Seçki Dairəsindən lider namizəd Nigar Arpadaraidir.