Ukrayna ordusundan xüsusi əməliyyat: Melitopolun meri əsirlikdən azad edildi
16-03-2022 22:58 / Bu xəbər 1163 dəfə oxundu
Melitopol şəhərinin meri İvan Fyodorov əsirlikdən azad edilib.
"Ukrainskaya pravda” Ukrayna Prezident Ofisinin rəhbərinin müavini Kiril Timoşenko və Prezident Ofisinin rəhbəri Andrey Yermaka istinad belə məlumat yayıb.
Timoşenko təsdiqləyib ki, Fyodorovun rus əsirliyindən azad edilməsi üzrə xüsusi əməliyyat başa çatıb.
Yermak isə bildirib ki, Fyodorov artıq Prezident Vladimir Zelenski ilə danışır.
İvan Fyodor 11 mart, yerli vaxtla təxminən 15.45 radələrində rus hərbçiləri tərəfindən Melitopol şəhərindən oğurlanıb.
Onun Luqans şəhərində saxlanıldığı bildirilirdi.
Merin azad edilməsi üçün Prezident Zelenski bir çox dünya liderlərinə müraciət edib.
Xatırlatma
Rusiya fevralın 24-də Ukraynaya genişmiqyaslı hücuma başlayıb.
Ondan 2 gün öncə isə Rusiya Prezidenti Vladimir Putin açıqlama verərək Ukraynanın şərqindəki separatçı qurumları tanıdığını bəyan edib.
Ukrayna, Qərb liderləri hücumu pisləyib, Putinin buna görə cavab verəcəyini bildiriblər.
Bundan sonra Avropa Birliyi ölkələrindən, eləcə də ABŞ-dan Rusiyaya qarşı sanksiyalar gəlməyə başlayıb.
Sanksiya tətbiq edilən 600-dən çox şəxsin içində oliqarxlar, yüksək rütbəli hərbçilər, şirkət sahibləri, biznesmenlərlə yanaşı, Rusiya Prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrov da var.
Ukraynda 100-dən çox uşaq olmaqla xeyli sayda din sakinin hərbi müdaxilə nəticəsində həyatını itirdiyi bildirilir.