"Bu xəmir hələ çox su aparacaq" - Qubad İbadoğlu

30-10-2016 13:53 / Bu xəbər 1911 dəfə oxundu

"Strateji yol xəritəsi niyə açıqlanmır? 

Sənədlər prezident aparatında niyə "ilişib"

16 mart 2016-cı ildə imzalanmış "Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri”nin təsdiqi və bundan irəli gələn məsələlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamında qeyd olunur ki, işçi qrupu 2016-2020-ci illər üçün iqtisadi inkişaf strategiyasının və tədbirlər planının, 2025-ci ilədək dövr üçün uzunmüddətli baxışın, 2025-ci ildən sonrakı dövrə hədəf baxışının layihələrini altı ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməldir".

Bunu iqtisadçı ekspert Qubad İbadoğlu feysbukda yazıb. 

"Artıq sərəncam imzalandığı müddətdən 6 ay 15 gün ötməsinə baxmayaraq, hələ də yuxarıda sadalanan sənədlərdən xəbər yoxdur. Həmin sənədlərin layihələrinin vaxtında Prezident Aparatına təqdim olunduğuna şühbəm olmasa da onun məqsədli şəkildə gecikdiliriləcəyi ilə bağlı gözləntilərim artıq özünü doğrultmaqdadır. Baxmayaraq ki, bu istiqamətdə görülən işlərə külli miqdarda ödəniş hesabına dünya şöhrətli McKinsey şirkəti də cəlb olunub, amma əvvəlcədən də gözləndiyi kimi onu Aparatdan keçirmək o qədər də asan olmayacaq. Şübhə etmirəm ki, Aparatda ilişib qalan sənədlərin "hərəkətini orda tormozlayan qüvvələrə" yaxın zamanlarda qalib gəlmək mümkün olsun. Yəqin ki, " bu xəmir hələ çox su aparacaq". Bundan da ən çox itirən iqtisadiyyat, biznes və biz istehlakçılar olacaq", - deyə Qubadoğlu qeyd edib.

Arqument.Az