ABŞ qüvvələri yenidən Yəməndə husilərin obyektlərini vurdu

ABŞ qüvvələri yenidən Yəməndə husilərin obyektlərini vurdu

18-01-2024 18:30 / Bu xəbər 557 dəfə oxundu

ABŞ hərbi qüvvələri husilərin nəzarəti altında olan obyektlərə yeni raket zərbələri endiriblər. 

Bununla da dördüncü dəfədir ki, ABŞ Yəməndə Husiləri birbaşa hədəf almış olur.

Qırmızı Dənizdən atılmış raketlər 10-dan çox obyekti vurub.

Raket zərbələri Birləşmiş Ştatlar husiləri qlobal terroristlər siyahısına saldıqdan bir gün sonra endirilib.

Rəsmən terroristlər siyahısına düşmək zorakı ekstremist qruplaşmaların maliyyə mənbələrini məhdudlaşdırır.

Husilərə məxsus Masirah TV Telegram hesabında bildirib ki, raket zərbələri Dhamar, Hodieda, Taiz, əl-Bayda və Saada vilayətlərində qeydə alınıb.

Ötən cümə günü ABŞ və Britaniya qüvvələrinin Yəmən boyunca 60 obyekti vurmasına baxmayaraq, husilər ticari və hərbi gəmilərə təhdidlərini davam etdirirlər.

Çərşənbə günü husilərin nəzarət etdiyi ərazidən ABŞ-a məxsus gəmiyə dron hücumu təşkil edilib.

Birləşmiş Ştatlar habelə İrana xəbərdarlıq edib ki, husiləri silahlandırmağa son qoysun.