Anar növbəti dəfə AYB sədri seçildi

Anar növbəti dəfə AYB sədri seçildi

27-10-2022 01:14 / Bu xəbər 1286 dəfə oxundu

Bu gün Azərbaycan Yazıçılar Birliyinin (AYB) XIII qurultayı keçirilib və xalq yazıçısı Anar növbəti dəfə qurumun sədri seçilib.

Qurultay Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında baş tutub. 

AYB-in qurultayının bu il sentyabrın 30-da keçirilməsi planlaşdırılsa da, təxirə salınmışdı. 

Qurumun sədri Anar Rzayev qurultayın dəqiq tarixinin açıqlanmamasını vəsait problemi ilə əlaqələndirmişdi.

Mədəniyyət Nazirliyi AYB-nin qurultayının keçirilməsi üçün oktyabrın 6-da 203,6 min manat vəsaiti birliyin hesabına köçürmüşdü.

AYB-nin sonuncu qurultayı 2014-cü ildə keçirilib. 

Anar 1987-ci ildən Birliyin sədridir.