“Dəmir qadın: Neslican” – “CinemaPlus” ekranlarında!

“Dəmir qadın: Neslican” – “CinemaPlus” ekranlarında!

13-02-2023 16:33 / Bu xəbər 921 dəfə oxundu

"CinemaPlus” kinoteatrlar şəbəkəsində "Dəmir qadın: Neslican” türk bioqrafik dram filminın nümayişinə start verilib.

Filmin rejissoru Özgür Bakar, ssenari müəllifi Nalan Merter Savaşdır. 

Baş rollara Naz Çağla Irmak, Deniz Uğur, Məsut Akusta çəkilib.

Film real hadisələr əsasında çəkilib. 

2019-cu ildə xərçəng xəstəliyindən dünyasını dəyişən "dəmir qadın” kimi tanınan Neslican Tayın həyatından, xərçəng diaqnozu qoyulandan sonra keçdiyi müalicə prosesi və bu müddət ərzində onun həyat mübarizəsindən bəhs edilir. 

Filmin qala-gecəsi Neslicanın valideynləri, qardaşı və bacısının iştirakı ilə İstanbulda baş tutub.

Ülviyyə