İlham Əliyev, Şarl Mişel və Nikol Paşinyan arasında görüş olub

İlham Əliyev, Şarl Mişel və Nikol Paşinyan arasında görüş olub

23-05-2022 01:30 / Bu xəbər 2562 dəfə oxundu

Bu gün Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüş baş tutub.

Bu barədə Prezident İlham Əliyevin mətbuat xidmətindən məlumat verilib.

Görüşün detalları barədə hələlik mətbuata geniş informasiya verilməyib.

Bundan əvvəlsə İlham Əliyevin Şarl Mişel ilə təkbətək görüşü olub.

APA xəbər verir ki, görüş zamanı Əliyev Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşdırılması və sülh müqaviləsinin imzalanması üçün Azərbaycan tərəfindən beynəlxalq hüquqa əsaslanan 5 prinsipin təqdim olunduğunu qeyd edib. 

O, bu prinsiplərin sülh müqaviləsinin hazırlanmasında əsas rol oynadığını vurğulayıb.

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel isə Avropa İttifaqının Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşdırılması prosesinə dəstək vermək əzmini bir daha ifadə edib.

Şarl Mişel vasitəçilik səylərini davam etdirəcəyini bildirib və bu formatda keçirilmiş əvvəlki görüşlərin əhəmiyyətinə toxunub.