Jurnalist Cəmil Məmmədliyə qarşı cinayət işi açılıb

Jurnalist Cəmil Məmmədliyə qarşı cinayət işi açılıb

17-01-2023 18:00 / Bu xəbər 635 dəfə oxundu

Xaçmaz rayonunda çalışan jurnalist-frelanser Cəmil Məmmədliyə qarşı cinayət işi açılıb. 

Bu barədə "Turan"a Məmmədli özü bildirib.

Cinayət araşdırmasına dekabrın 15-də Xaçmazda Məmmədlinin olduğu avtomobilin digər avtomobillə toqquşması səbəb olub.

"Məsələ aydınlaşdırılan zamanı biz digər avtomobilin sürücüsü ilə nəzakətli davrandıq. Lakin o, davaya təhrik etdi və mən özümü müdafiə etməli oldum”, - Məmmədli deyib.

Eyni zamanda hadisə yerində olan polislər müdaxilə etməyiblər. "Dava başlayanda onlar bunu videoaya çəkməyə başladıblar”, - Məmmədli deyib. Beş gün sonra o, cinayət işinin açılmasından xəbər tutub.

"Fakt üzrə Cinayət Məcəlləsinin 221.2-ci maddəsilə (xuliqanlıq, bir qrup şəxs tərəfindən törədildikdə) açılıb. 

Yanvarın 16-da məni ittiham irəli sürmək üçün Xaçmaz rayon polis şöbəsinə çağırdılar. Lakin vəkilim rayonda olmadığı üçün bu gün gəlməyimi istədilər.

Bu gün Daxili İşlər Nazirliyinə müraciət etmək üçün Bakıya gəldim, ancaq məni qəbul etmirlər”, - Məmmədli deyib.

O hesab edir ki, ona qarşı təxribat törədilib və bunun arxasında Quba rayon icra başçısı dayanır. Əvvəllər onun iddiası üzrə islah işlərinə məhkum edilib.

"2021-ci ildə mənim həbsimə nail olmaq istədi, o zaman alınmadı,  indi də işi saxtalaşdırıblar”, - Məmmədli deyib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidməti məlumatı təsdiqləyib.

DİN-dən "Turan"a bildirilib ki, ki, faktla bağlı Xaçmaz polisində araşdırma aparılır. 

Cəmil Məmmədlini 3 ilədək azadlıqdan məhrumolunma təhlükəsi gözləyir.