Məhəmməd Əmin Rəsulzadə haqda film nümayiş olunacaq

Məhəmməd Əmin Rəsulzadə haqda film nümayiş olunacaq

27-01-2023 22:01 / Bu xəbər 1550 dəfə oxundu

Yanvarın 31-də "Park Cinema” kinoteatrlar şəbəkəsində Məhəmməd Əmin Rəsulzadənin doğum günü ilə əlaqədar olaraq görkəmli şəxsiyyət haqqında çəkilən sənədli film nümayiş olunacaq.

Ekran əsəri Azərbaycan Demokratik Cümhuriyyətinin qurucularından olan Rəsulzadənin izi ilə Azərbaycan, Türkiyə, Almaniya və Polşada lentə alınıb. 

Filmdə yerli və xarici tədqiqatçıların müsahibələri, Rəsulzadəyə məxsus arxiv sənədləri, eksklüziv foto və video görüntülər yer alıb. 

Layihənin müəllifi AzTV-də yayımlanan "Yüz ilin sirləri" verilişinin müəllif-aparıcısı Hüseyn Cavadzadədir.

Məhəmməd Əmin Rəsulzadə 1884-cü il, 31 yanvar tarixində Bakının Novxanı kəndində anadan olunub.

Ülviyyə