Prokurorluq: "Gömrük şöbəsinin rəis müavini intihar edib"

Prokurorluq:

14-07-2022 13:59 / Bu xəbər 1088 dəfə oxundu

Araz Cahangirli qardaşının hansı səbəbdən intihar etdiyini bilmədiyini deyir

Dövlət Gömrük Komitəsinin Cənub Ərazi Baş Gömrük idarəsinin mobil gömrük şöbəsinin rəis müavini Əli Cahangirlinin intihar etdiyi bildirilir. 

Hadisə iyulun 13-də Astara rayonunun Rüdəkənar kəndində yaşadığı evdə baş verib.

Baş Prokurorluğun mətbuat xidməti də intihar faktını təsdiqləyib.

"Faktla bağlı Astara Rayon Prokurorluğunda araşdırma aparılır”, – Baş Prokurorluqdan bildirilib.

1986-cı il təvəllüdlü Əli Cahangirli tarixçi Nəcəfalı Cahangirlinin oğludur.

Mərhumun qardaşı Araz Cahangirli onun hansı səbəbdən özünə qəsd etdiyini bilmədiklərini deyib. 

O əlavə edib ki, qardaşı Naxçıvanın Nehrəm qəsəbə qəbristanlığında torpağa tapşırılacaq.