Seymur Həzi Gürcüstana buraxılmadı

Seymur Həzi Gürcüstana buraxılmadı

12-01-2023 12:57 / Bu xəbər 715 dəfə oxundu

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Seymur Həzi Türkiyədən Gürcüstana qayıtmaq istəyərkən Gürcüstana buraxılmayıb. 

Bu barədə Seymur Həzi "feysbuk" hesabında məlumat yayıb. 

Seymur Həzi bir neçə ay Gürcüstanda yaşayıb və rəsmi görüşlər üçün Türkiyəyə elə Gürcüstandan gedib, amma geri qayıdarkən ölkəyə buraxılmayıb.

Gürcüstan sərhədçiləri Seymur Həziyə nəyə görə Gürcüstana buraxmadıqlarını izah etməyiblər. 

AXCP sədri Əli Kərimli də Seymur Həzinin Gürcüstana buraxılmadığını şərh edib.

Onun əsas ehtimalı budur ki, Gürcüstana mesaj Azərbaycan hakimiyyətindən verilib: "Rejim AXCP ilə mübarizəyə bütün resursları səfərbər edib. Xarici əlaqələrimizə mane olmaq üçün 17 ildir ki, mənim xarici səfərlərimə imkan vermirlər".

""Siyasi partiyalar haqqında" yeni mürtəce qanun da daha çox AXCP -nin fəaliyyətinə mane olmaq üçün qəbul edilib. Rejimin ölkədə real müxalifəti sıradan çıxarmasına,  təkpartiyalı sistem yaratmaq cəhdlərinə xalqımız seyrçi qalmamalıdır", - deyə o bildirib.