Şeyxin deputat qardaşının milyonluq şirkəti - FAKT

Şeyxin deputat qardaşının milyonluq şirkəti - FAKT

17-02-2020 21:12 / Bu xəbər 534 dəfə oxundu

""Azər Cənub" MMC Paşazadələrin banan xurma, baharat biznesini həyata keçirən şifkətdir. 2002-ci ilin noyabrında qeydiyyatdan keçib".

Bunu hazırda mühacirətdə olan araşdırmaçı jurnalist Cavanşir Həsənli yazıb.

Onun sözlərinə görə, şirkətin nizamnamə kapitalı  3 109 370.00 manatdır.

Təsisçisi və qanuni təmsilçisi Milli Məclisin deputatı Cavanşir Paşazadədir. Şirkətin hüquqi ünvanı Astara rayonu, Gənclər küçəsi 1-dir.

"Yadınızdadır, Şeyxin saxtakarlıqla deputat mandatı almış qardaşı nə demişdi? Demişdi ki, "mən də istəyərdim ki, biznesim olsun, amma təəssüf ki yoxdur", - jurnalist yazıb.

Jurnalist qeyd edib ki, deputat hətta onun Çexiya reyestr xidmətindən əldə etdiyi sənədləri də saxta adlandırmışdı: "Altlnda möhürlərini, imzalarını dandılar".

Cavanşir Paşazadə Azərbaycan Respublikası Milli Məclisinin III, IV, V çağırış deputatıdır. 

O, 2005-ci ildə 75 saylı Lənkəran – Masallı seçki dairəsindən Milli Məclisə deputat mandatı əldə edib. 

2010-cu ildə yenidən deputat olub. Milli Məclisin İnsan hüquqları komitəsinin üzvüdür, hakim Yeni Azərbaycan Partiyasında təmsil olunur. 

 2020-ci il fevralın 9-da keçirilmiş növbədənkənar parlament seçkilərindən yenidən 75 saylı Lənkəran-Masallı seçki dairəsindən deputat seçilib.