İcra başçısının oğlu həbs edildi

İcra başçısının oğlu həbs edildi

05-08-2015 03:16 / Bu xəbər 1203 dəfə oxundu

Zərdabın icra başçısının oğlu avtoxuliqanlığa görə həbs edilib. 

Lütfəli Babayevin övladı Mingəçevirdə dövlət yol polis əməkdaşları tərəfindən saxlanıb. Ona 15 günlük inzibati cəza verildiyi iddia edilir.
 
Mənbə bildirir ki, L.Babayev külli miqdarda pul sərf etmək hesabına oğlunu həbsdən çıxarıb.
 
Yada salaq ki, başçının qardaşı oğlu - Babayev Yadigar Şahvəli oğlu da bir müddət əvvəl idarə etdiyi 99-BH-045 dövlət nömrə nişanlı "Nissan" markalı avtomobillə saxlanmışdı. Yüksək tonla danışan, polisə qarşı müqavimət göstərən Yadigar Babayev Mingəçevir şəhər Polis Şöbəsinə gətirilərək faktla bağlı inzibati protokol tərtib olunmuşdu. Yadigar Babayev gecəni polis şöbəsində saxlanılmışdı.
 
Bundan əlavə, Zərdab rayon icra başçısının birinci müavini Allahverdi Səfərovun vəzifəsindən azad olunması da oğlunun avtoxuliqanlığına görə olmuşdu.
 
Belə ki Ceyhun Səfərov bu ilin martın 22-də saat 16.00 radələrində sükan arxasında içkili vəziyyətdə olarkən polis zabitinin sənəd təqdim etmək tələbinə tabe olmaqdan imtina etdiyinə görə İnzibati Xətalar Məcəlləsinin 310.1-ci maddəsi ilə inzibati qaydada 5 gün müddətinə həbs edilmişdi(tia.az).
 
Xatırladaq ki, prezident İlham Əliyev bir neçə dəfə dövlət məmurlarına övladları ilə bağlı xəbərdarlıq edib. Prezident yüksək vəzifə tutan məmurların övladlarının harın hərəkətlərinin yolverilməz olduğunu, qudurğanlıq etdiklərini və belə hal baş verərsə, həmin şəxslərin işdən qovulacağını bildirmişdir. Hətta bir neçə məmur belə hallara görə cəzalandırılıb...///strateq.az