Milli Məclisin deputatı kazinoda - FOTO

Milli Məclisin deputatı kazinoda - FOTO

30-10-2015 22:52 / Bu xəbər 5349 dəfə oxundu

Milli Məclisə növbəti seçkilərin keçirildiyi bir zamanda ABŞ-ın Las-Veqas şəhərindəki kazinolardan birində əylənən xanım deputatın fotoları yayılıb. 

Cebhe.info xəbər verir ki, Milli Məclisin deputatı və AMEA-nın İnsan Hüquqları İnstitutunun direktoru, hazırda deputatlığa namizəd olan Aytən Mustafayevanın kazino əyləncəsini əks etdirən görüntülər gündəmi dəyişib. 

Xanim millət vəkilinin görüntülərini nə zaman çəkildiyi bildirilmir. 

Xatırladaq ki , Aytən Mustafayeva hazırda 16 saylı Yasamal II Seçki Dairəsindən Milli Məclisə seçkilərdə deputatlığa namizəddir.(cebhe.info)

Arqument.Az