"BTS"nin canlı konserti böyük ekranda

07-03-2022 23:21 / Bu xəbər 799 dəfə oxundu

Martın 12-də Park Cinema Metropark-da "BTS permission to dange on stage - Seoul" şou konserti nümayiş olunacaq.

Seuldan canlı yayımlanacaq konsertdə Cənubi Koreyanın "BTS" qrupunun ARMY ilə birgə rəqslərini izləmək mümkün olacaq.

Bu şou konsert 21-ci əsrin pop ikonu "BTS" qrupunun karyerasının ən güclü çıxışlarını və ən yaxşı hitlərini özündə əks etdirən dünya turunun son seriyasıdır. 

Ötən il Los-Ancelesdə baş tutan şou 2021-ci ilin ən uğurlu konsertlərindən biri hesab edilir. Anşlaqla keçən dörd konsert proqramını təxminən 813 000 tamaşaçı izləyib.

Qrup üzvləri RM, Jin, Suga, J-Hope, Jimin, V və Jeon Jungkook tamaşaçılara böyük ekranda unudulmaz şou vəd edir.

Ülviyyə