"CinemaPlus" aztəminatlı ailələrin övladlarını sevindirdi

02-06-2023 17:14 / Bu xəbər 847 dəfə oxundu

1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi günündə "CinemaPlus” kinoteatrlar şəbəkəsi uşaqlara sürpriz edib. 

"Amburan Mall” Ticarət Mərkəzində yerləşən "CinemaPlus” kinoteatrında aztəminatlı ailələrdən olan 70-ə yaxın azyaşlı "Super Mario qardaşları kinoda” animasiya filminə baxmağa dəvət edilib. 

Cizgi filminin nümayişindən sonra uşaqlara hədiyyələr verilib.

Bayram şənliyində "CinemaPlus” kinoteatrlar şəbəkəsinin Müşahidə Şurasının sədri Zaur Darabzadə və həmtəsisçisi Adnan Əhmədzadə iştirak edib.

"CinemaPlus” komandası həmişə olduğu kimi, bu gün də uşaqları sevindirmək qərarına gəlib. 

Biz aztəminatlı ailələrdən olan uşaq və yeniyetmələri şam yeməyinə dəvət etdik və birlikdə cizgi filminə baxdıq. 

Yeri gəlmişkən, dəvət olunan uşaqların çoxu əvvəllər heç vaxt kinoteatrda olmayıb” - deyə, Zaur Darabzadə bildirib.

Nümayişin sonunda böyük sevinc hissi yaşayan uşaqlar kino zalını alqışlara qərq ediblər. 

"Bu gün bəyəndiyim saysız-hesabsız şeyləri sadalaya bilərəm. Hər şey gözlədiyimdən də yaxşı keçdi”, - deyə 10 yaşlı Şəfəq Cəlilova bildirib. 

O, bütün uşaqları bayram münasibəti ilə təbrik edib: "Dünyadakı bütün uşaqlara təhsil və dərslərində uğurlar arzulayıram. Mən özüm də məktəbdə yaxşı oxuyuram və müəllimlərin verdiyi bütün tapşırıqları yerinə yetirməyə çalışıram”.

Ş. Cəlilova qeyd edib ki, gələcək peşəsi ilə bağlı artıq çoxdan qərar verib və arzusu öz salonunu açmaqdır.

13 yaşlı Oruc Əhmədlinin də əsas arzusu hər hansısa peşəyə yiyələnməkdir. 

O, gələcəkdə fəaliyyətini avtomobillərlə əlaqələndirmək istəyir: 

"Bu gün heyrətamiz bir gün idi, hər şeyi tam bəyəndim. Bütün uşaqları bayram münasibətilə təbrik edirəm və onlara bu həyatda mümkün qədər çox maraqlı şeylər görmələrini arzulayıram”.

Sonda məktəblilərin müəllimi tədbir təşkilatçılarına təşəkkür edib: "Hər şey əla keçdi, uşaqlar üçün əsl bayram idi, onların necə xoşbəxt olduqlarını təbəssümlərindən görmək olar”.

Ülviyyə