“Dayı: Bir adamın hekayəsi” Bakı ekranlarında!

“Dayı: Bir adamın hekayəsi” Bakı ekranlarında!

16-02-2022 16:38 / Bu xəbər 975 dəfə oxundu

Fevralın 17-dən "Dayı: Bir adamın hekayəsi” türk dramının "CinemaPlus” kinoteatrlar şəbəkəsində nümayişi başlayır. 

Filmdə baş rolu "Ezel” serialında Dayı obrazı ilə tanınan Ufuk Bayraktar canlandırıb. 

Onu aktrisa Gizem Karaca Ermekçi müşayiət edir. 

Yeni dram Cəvahir adlı nadinc oğlanın həyatından bəhs edir. 

O, hələ uşaqlıqdan ədalətlidir. 

Cəsarəti və mərhəməti ilə seçilir. 

Böyüyəndən sonra ailəsi onu işləmək üçün kənddən İstanbula göndərir. 

O, şəhərlilər üçün qəhvə dəmləyən Seyfi adlı kişinin yanında işləməyə başlayır. 

Əsl məcaralar da bundan sonra başlayır...

Filmin ssenari müəllifi və rejissoru Uğur Bayraktardır. 

Ülviyyə