"Eşkiya dünyaya hükümdar olmaz”ın İlyası Azərbaycana gəlir

26-01-2022 16:25 / Bu xəbər 560 dəfə oxundu

Türkiyənin istehsalı olan "Eşkiya dünyaya hükümdar olmaz” serialında oynadığı İlyas Çakırbeyli xarakteri ilə azərbaycanlı izləyicilərin də rəğbətini qazanan Ozan Akbaba Bakıya gələcək. 

O, fevralın 3-də "Park Cinema Flame Towers”-da keçiriləcək "Anka” filminin xüsusi nümayişinə qatılacaq.

Yeni ekran əsəri süjet xətti və dinamikasına görə "Türk forsajı” adlandırılıb. 

Filmin baş qəhrəmanı Murat hələ uşaq ikən yol qəzasında ailəsini itirir. 

O gündən Muratın həyatında ən böyük dayağı yaxın dostu Tarık, sevdiyi qadın Zümrüt və onu böyüdən Ejderdir.

İşini itirməsi və pulsuz qalması onu bədbinliyə sürükləyir...

Filmin rejissoru Süleyman Mert Özdemir, prodüseri isə həmyerlimiz Müşviq Quluzadədir. 

Ozan Akbabadan başqa, filmdə həmçinin Engin Hepileri, Uğur Uzunel və digər aktyorlar çəkilib. 

Bakıda keçiriləcək qala-gecədə onların da iştirakı gözlənilir.

Ülviyyə