İsrail-Fələstin münaqişəsində seçki ssenarisi

İsrail-Fələstin münaqişəsində seçki ssenarisi

13-05-2021 01:21 / Bu xəbər 4487 dəfə oxundu

Anar Məmmədli

İsrail-Fələstin münaqişəsində tərəflərin birini haqlı digərini haqsız çıxarmaq çətindi. Hər iki tərəfin son 70 ildə haqlı və haqsız olduğu məqamlar olub. Bunu daha da aydınlaşdırmaq üçün münaqişənin 1949-cu il BMT qətnamələrindən bəri dinamikasına baxmaq lazım olur. Maraqlanan şəxslər internetdə xeyli sənədli film və akademik yazılar tapa bilərlər. 

Yeri gəlmişkən, İsrail dövlətinin yaranması ilə bağlı silahlı hərəkatın xarakterini incələyəndə həm Kiprdə türklərin, həm də Qarabağda ermənilərin həmin taktikadan istifadə etməyə çalışdığını müşahidə edirik. 

Söhbət etnik azlığın sıx yaşadığı bölgələrin müdafiəsi ilə bağlı təhlükəsizlik zolağının yaradılması xəttindən gedir. Türklər Kiprdə bu baxımdan uğursuz oldular. 1988-1994-cü il müharibəsində isə ermənilər uğurlu çıxaraq, keçmiş DQMV ətrafı 7 rayonu işğal etməklə həmin zolağı qura bildilər. Amma son müharibədə bu zolağın müdafiəsi çökdü.

İndiki olaylarla bağlı bəzi məqamları paylaşaraq, emosional mövqe sərgiləyıən soydaşlarımıza yardımçı olmaq istəyirəm. 

Birincisi, hazırda İsrailin başladığı hərbi-təhlükəsizlik tədbirlərini bütün dövlət və cəmiyyətin adına yazmaq olmaz. İsraildə barışıq və dinc yolu ilə münaqişənin həllinə çalışan siyasi qüvvələr var. Eyni şəkildə Fələstinin muxtariyyətini təmsil edən qüvvələri tamamilə radikal və ya terrorçu saymaq olmaz. 

İkincisi, bu olayların İsraildə növbədənkənar seçkilərlə bağlı müzakirələrin getdiyi dönəmə təsadüf etməsidir. Bu ssenari mənə 2015-ci ildə Türkiyədə iyunda keçirlən seçkiləri xatırladır. 

Xatırlayırsızsa, AKP iyun seçkilərində 9 faiz səs itirərək, təkbaşına koalisya qura bilmirdi. Bunun ardınca doğu Anadoluda baş verən kürd iğtişaşaları millətçi ritorikanı alovlandırdı və növbədənkənar seçkilərdə AKP-nin 9 faizi səsi artdı, HDP isə səslərini itirid. 

Üçüncüsü, Netanyahunun Fələstin məsəlsəində barışmaz mövqeyi və ən önəmlisi hakimiyyət hərisliyi bu olaylarda katalizator rolunu oynayır. Proseslərin bu cür gedişi İsraildə liberal və sosialist qüvvələrin mövqeyinin zəifləməsinə, Fələstində isə Həmasın nüfuzunun artmasına rəvac verir. 

Nəticə isə nə ərəb ölkələri, nə İran, nə də digər ölkələrin, məhz İsrail vətəndaşları və Fələstin ərəblərinin əleyhinədir.

Yazı müəllifin feysbuk səhifəsindən götürülüb.