Kremlə kim daha yaxındır: Paşinyan, yoxsa Əliyev?

Kremlə kim daha yaxındır: Paşinyan, yoxsa Əliyev?

09-04-2022 22:50 / Bu xəbər 6077 dəfə oxundu

Ruslan İzzətli

Aprelin 6-da Brüsseldə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycan Prezidenti İlham Əliyevin  və Ermənistanın Baş naziri Nikol Paşinyanın görüşü keçirilıb. 

Paşinyan 7 aprel tarixində hökümətini toplayıb hesabat verdi, İlham Əliyev də 9 apreldə Putinə zəng edib görüş haqda hesabat verdi.

Sual yaranır Kremlə kim daha yaxındır: Paşinyan, yoxsa Əliyev? 

Digər bir sual ortaya çıxır: Qərbin vasətiçiliyinə Paşinyan, yoxsa Əliyev daha çox maraqlıdır?

Rejimin propaqandasına uymadan bu suallar ətrafında düşünsəniz, II Qarabağ savaşı və ondan sonrakı proseslər sizə daha çox aydın olacaq. 

O zaman "xarici siyasət yaxşıdır, daxili siyasət yox" deyənlərə də cavabınız olacaq. 

Çünki hər kəs anlamalıdır ki, güvənli və dayanıqlı xarici siyasət daxili siyasətdən qaynaqlanır.

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir. Arqument.az-ın mövqeyi müəllifin mövqeyi ilə üst-üstə düşməyə bilər.