Robert Pattison ilə Betmen ekrana qayıdıb

Robert Pattison ilə Betmen ekrana qayıdıb

02-03-2022 18:52 / Bu xəbər 851 dəfə oxundu

Bütün dünya kinosevərlərinin həvəslə gözlədiyi "The Batman" filmi böyük ekranlara çıxıb. 

Amerika istehsalı olan film "DC Comics" seriyasının ən məşhur komiks personajından - superqəhrəman Betmendən bəhs edir. 

Elmi fantastik, detektiv və döyüş janrında olan ekran əsəri martın 2-dən etibarən "CinemaPlus" kinoteatrlar şəbəkəsində nümayiş olunur. 

Rejissor Mett Rivzin çəkdiyi filmdə baş rolları Robert Pattinson, Endi Serkis və Zoi Kravits oynayır. 

"Film emosiyalar fırtınasına səbəb olacaq və sözün əsl mənasında, nəfəsinizi kəsəcək. Filmdə Betmen onun əvvəllər göstərilmədiyi – detektiv kimi təqdim olunacaq. Ancaq qeyd etmək lazımdır ki, dediyimiz hər şey komikslərdə tapıla bilər. Mən Betmenin transformasiyadan keçməsini istərdim”, - deyə filmin rejissoru bildirib.

Filmin süjetinə gəlincə, şəhərdə elitaya qarşı qəddar hücumlar baş verdikdə, sirli ip ucları Brus Ueyni yeraltı dünyanın ən qaranlıq guşələrinə aparır. 

Burada o, Pişik Qadın, Pinqvin, Karmayn Falkon və Tapmacaçı ilə tanış olur. 

Betmen silahın altında dostu düşməndən ayırmaq və Qothemdə ədaləti bərpa etmək məcburiyyətində qalır...

"The Batman” filmini "Dəniz Mall”da yerləşən "CinemaPlus” kinoteatrda Azərbaycanda ən son 4DX texnologiyası ilə izləyə bilərsiniz.

Ülviyyə