Rusiyanın danışan kuklaları Bakıda

Rusiyanın danışan kuklaları Bakıda

15-04-2022 14:25 / Bu xəbər 1371 dəfə oxundu

Rusiyanın məşhur rejissorlarından biri Timur Bekmambetov ilk dəfə olaraq özünü kukla teatrı tamaşasının rejissoru kimi sınayıb. 

"Gecə gözətçisi”, "Prezident Linkoln: Vampir ovçusu”, eləcə də "Yolki” kimi filmlərin yaradıcısının ilk təcrübəsi "Xoca Nəsrəddin” əsəri olacaq.

Xoca Nəsrəddin Şərq nağıllarının məşhur obrazıdır. 

Onun sitatlarını bütün Şərqdə, o cümlədən Azərbaycanda çox sevirlər. 

Yeni layihə barədə danışan rejissor uzun illərdir ki, bu istedadlı və paradoksal personajın hekayəsini səhnələşdirməyi arzuladığını bildirib: "Biz Şərq sivilizasiyasının əfsanəvi hiyləgər obrazını yaratdıq. Azadlıq, məhəbbət və insan haqları, ümumiyyətlə, günümüzə qədər bütün dövrlərin problem və arzularından bəhs edən bir tamaşa ərsəyə gətirdik”.

Kuklalar Rusiyanın aparıcı aktyorları Yevgeni Mironov, Konstantin Xabenski, Viktor Verjbitski, İqor Zolotovitski, Çulpan Xamatova, Yelizaveta Boyarskaya və İnqa Oboldinanın səsləri ilə danışacaqlar.

"Xoca Nəsrəddin” kukla teatrı tamaşası "Qızıl Maska Kinoda” layihəsi çərçivəsində aprelin 15-i saat 19:00-da” Park Bulvar Metropark” kinoteatrında nümayiş olunacaq. 

Ülviyyə