Zelenski azərbaycanlı hərbçiləri təltif edib

Zelenski azərbaycanlı hərbçiləri  təltif edib

08-05-2022 02:11 / Bu xəbər 4215 dəfə oxundu

Ukrayna prezidenti Vladimir Zelenski Rusiya ilə müharibədə fərqlənən bir qrup hərbi qulluqçunu mükafatlandırıb. 

Onlar arasında iki etnik azərbaycanlı da var.

Ukrayna prezidentinin ofisinin məlumatına görə, Raqif Vaqif oğlu Əliyev və Məcid Marlen oğlu Əbülqafarov "Şücaətə görə" ordeninə layiq görülüb.

Hər iki hərbiçi serjant rütbəsinə malikdir. Onlar Ukrayna vətəndaşlarıdır (Turan).