Beyləqanda Heydər Əliyev parkının bir hissəsi satılıb - VİDEO

Beyləqanda Heydər Əliyev parkının bir hissəsi satılıb - VİDEO

17-01-2021 13:18 / Bu xəbər 825 dəfə oxundu

Bir qrup Beyləqan sakini İctimai Televiziyaya müraciət edərək rayondakı Heydər Əliyev parkının bir hissəsinin qanunsuz olaraq satıldığını bildiriblər.

Sakinlərin sözlərinə görə, parkdakı sosial obyektlərdən başqa daha bir hektara yaxın ərazi qeyri-yaşayış obyektinin tikilməsi üçün qanunsuz olaraq sahibkarlara verilib.

Sakinlər ərazidə tikilən obyektlərin sökülməsini tələb ediblər.