“CinemaPlus”da sonuncu “Forsaj 10” filmi nümayiş olunur

“CinemaPlus”da sonuncu “Forsaj 10” filmi nümayiş olunur

22-05-2023 12:50 / Bu xəbər 1362 dəfə oxundu

"Gənclik Mall” TM-də yerləşən "CinemaPlus” premium kinoteatrında "Forsaj” franşizasının onuncu və final hissəsinin premyeradan öncə nümayişi baş tutub.

Nümayişdə şou-biznes nümayənləri, tanınmış jurnalistlər, blogerlər və sahibkarlar iştirak edib. 

Qonaqlar üçün maraqlı sürpriz hazırlanıb. Onlar özlərini filmin qəhrəmanları obrazında sınayıb, oyun simulyatorlarına minib avtomobilin sürətini hiss ediblər. 

DJ-in lazer işıqlarının parlaq işıq effektləri və kinoteatrın dekorasiyası gecə yarışı atmosferi yaradıb.

Filmə gəlincə, "Forsaj 10” da misilsiz küçə yarışçısı Dominik Toretto və onun komandasından bəhs edir.

Həmişə olduğu kimi, tamaşaçıları yenə də heyrətamiz çəkiliş, xüsusi effektlər, gözlənilməz süjet dönmələri, dəbdəbəli avtomobillər, yüksək sürət və təhlükəli sərgüzəştlər gözləyir. 

Filmin rejissoru Lui Leteryedir. Baş rolları əla aktyor heyəti - Vin Dizel, Ceyson Momoa, Mişel Rodriqes, Şarliz Teron və digərləri yaradır.

Ən çox gözlənilən blokbasterlərdən biri 3 dildə: rus, ingilis və türk dillərində nümayiş olunur. 

Həmçinin "Forsaj 10”-a Azərbaycanda ən son 4DX texnologiyası ilə "Dəniz Mall”da yerləşən "CinemaPlus”da baxmaq mümkündür.

Ülviyyə