Məşhur aktyor Ceki Çan “CinemaPlus”da!

Məşhur aktyor Ceki Çan “CinemaPlus”da!

04-05-2023 16:27 / Bu xəbər 1118 dəfə oxundu

Mayın 4-dən etibarən "CinemaPlus” kinoteatrlar şəbəkəsində tanınmış aktyor və döyüş ustası Ceki Çanın iştirakı ilə "Kunq-fu ayğır” döyüş komediya filminin nümayişı başlayır.

Filmin rejissoru və ssenaristi Larri Yandır.

Baş rollarda Ceki Çanla yanaşı, Liu HaoCun, Quo Qilin, Yu Rongguang və Andy On çəkilib.

Film məşhur döyüş ustası və onun sadiq atı haqqındadır. Onlar küçə döyüşlərinin "TikTok”da paylaşıldığı bir dövrdə yaşayırlar. 

Lao Luo, borclarına görə ondan almaq istədikləri sevimli atını xilas etməyə çalışır. 

O, kollektorları effektiv şəkildə dəf edir və bu döyüşün viral videosu ona şöhrət gətirir. Ancaq pərəstişkarların sevgisi ilə yanaşı, onu güclü düşmənlər də tapır. 

Ülviyyə