Sahibkarların əsas problemi maliyyə resurslarına çıxış imkanı əldə edə bilməməkləridir

Sahibkarların əsas problemi maliyyə resurslarına çıxış imkanı əldə edə bilməməkləridir

22-02-2021 17:16 / Bu xəbər 7360 dəfə oxundu

Xərc verilişində bu dəfə: Azərbaycanda kiçik və orta sahibkarlıq subyektlərinin qarşılaşdığı əsas problem maliyyə resurslarına çıxış imkanı əldə edə bilməməkləridir. 

Xarici ölkələrdə tətbiq edilən sahəvi və inkişaf banklarının yaradılması problemin həllinə töhfə verə bilər. Bu banklar əsasən iqtisadiyyatın müəyyən sahəsiylə bağlı ixtisaslaşırlar və həmin sahədə fəaliyyət göstərən sahibkarlarla işləyirlər. 

Onlar konkret sahədə ixtisaslaşdığı üçün böyük təcrübəyə malik olur, müştərilərinə uğurlu məsləhətlər də verirlər. Beləliklə sahibkar həm maliyyə resursuna əlçatımlı olur, həm də iş görəcəyi sahəylə bağlı ətraflı bilgiləndirilir. 

Meydan.Tv