“Barış Akarsu merhaba" filmi Park Cinemada!

“Barış Akarsu merhaba

15-11-2022 13:34 / Bu xəbər 1108 dəfə oxundu

2007-ci ildə 28 yaşında yol qəzasında dünyasını dəyişən Türkiyə rok sənətçisi Barış Akarsunun həyatından bəhs edən "Barış Akarsu merhaba” filmi noyabrın 17-də Bakı tamaşaçılarına təqdim olunacaq. 

Filmin rejissoru və ssenari müəlliflərindən biri Mert Dikmendir. 

Digər ssenari müəllifi isə Can Anardır. 

Filmdə Barış Akarsu obrazını İsmail Ege Şaşmaz canlandırır. 

Rollara Almila Ada, Şafak Pekdemir, Burak Satıbol, Ebru Nil Aydın, Aslıhan Kapanşahin, Metin Coşkun və Hüseyin Avni Danyal çəkilib. 

Filmdə Barış Akarsunun sağ ikən yazıb amma tamamlaya bilmədiyi "Merhaba” mahnısı İsmail Ege Şaşmaz tərəfindən ifa olunub. 

"Merhaba" mahnısından əldə olunan gəlir Akarsunun sağlığında da dəstək verdiyi leykemiya xəstəliyi ilə mübarizə aparan uşaqların müalicəsi üçün bağışlanacaq.

 "Barış Akarsu merhaba” ekran əsəri Türkiyə ilə yanaşı daha 23 ölkədə yayımlanacaq. 

Azərbaycan tamaşaçıları filmi "Park Cinema”nın - "Park Bulvar”, "Metro Park”, "Alov Qüllələri”, "Aygün Mall” və "Zagulba Mall” kinoteatrlarında izləyə biləcəklər.

Biletləri "www.parkcinema.az” saytından əldə etmək mümkündür.

Ülviyyə