Azər Paşa Nemətovun səs yazısı: ““Azdrama” taxtabiti yuvasıdır”

Azər Paşa Nemətovun səs yazısı: ““Azdrama” taxtabiti yuvasıdır”

01-12-2016 14:44 / Bu xəbər 809 dəfə oxundu

Xalq artisti, Akademik Milli Dram Teatrının direktoru Azər Paşa Nemətov rəhbəri olduğu teatrın ünvanına təhqiramiz fikirlər səsləndirib.

Teatr əməkdaşlarından birinin BakiPost.az-a göndərdiyi səs yazısında direktorun "Azdrama” kimi nəhəng mədəniyyət ocağını "taxtabiti yuvası” adlandırdığı aydın eşidilir. A. Nemətov teatr əməkdaşlarından biriylə söhbəti zamanı buraya könüllü gəlmədiyini də deyib: "Azərbaycanda bilirsiniz də, onsuz da qanan, qandıran yoxdur. Ona görə rəhbərlik bilir. Məni cənab prezident bura qoymasaydı, mən bu taxtabiti yuvasında nə gəzirdim?”

Səs yazısını təqdim edirik:

Qeyd edək ki, Akademik Milli Dram Teatrı ətrafında qalmaqallar səngimək bilmir. Keçmiş direktor İsrafil İsrafilovun teatr rəhbərliyindən uzaqlaşdırılması ilə qalmaqalların azalacağı gözlənilsə də, A.Nemətovun təyinatı bu gərginliyi bir qədər də alovlandırdı. Belə ki, bu yaxınlarda teatrın gənc aktyoru Hikmət Rəhimov işindən azad olundu. Ardınca isə xalq artisti Fuad Poladov Akademik Teatrdan ayrıldı.

Bundan əlavə, ştatdankənar aktyorların maaşlarının verilməməməsiylə bağlı məlumatlar yayılıb.